Azərbaycanda bu sahədə işləyənlər 4 min manat maaş alırlar - SİYAHI


Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7%  artaraq 603 manat 50 qəpik olub. 
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əmək haqqı neft sektorunda 3 min 68,9 manat, qeyri-neft sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 13,9 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 323,2 manat.
Digər sahələrdə həm dövlət, həm də özəl sektorda orta aylıq nominal əmək haqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri
 
Cəmi o cümlədən
dövlət qeyri-dövlət
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 342,7 289,5 399,7
Mədənçıxarma sənayesi 3 013,9 1 433,4 3 988,4
Emal sənayesi 618,9 719,2 599,9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 628,4 627,6 658,3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 429,1 387,2 824,5
Tikinti 714,2 599,8 760,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri 444,8 440,7 444,8
Nəqliyyat və anbar təsərrüfatı 828,5 831,1 823,6
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 557,8 820,2 548,3
İnformasiya və rabitə 984,7 703,0 1 348,0
Maliyyə və sığorta fəaliyyəti 1 648,8 1 667,0 1 644,5
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 544,5 464,4 607,8
Peşə, elmi və texniki fəaliyyət 1 150,1 533,1 2 054,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 372,4 318,7 519,2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 698,7 725,3 247,4
Təhsil 412,0 404,6 658,2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 323,2 314,4 387,1
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 382,0 333,7 941,8
Digər sahələrdə xidmətlərin göstərilməsi 595,0 722,6 579,1
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 342,7 289,5 399,7
Ölkə üzrə – cəmi 603,5 494,8 742,3
 
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top