Merkelden suriyalılara maddi yardım - “Mən buna hazıram!”


Almaniyanın baş naziri Angela Merkel, suriyalı qaçqınların Avropadan uzaq tutulması şərti ilə Türkiyəyə maddi yardım edəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə birgə mətbuat konfransında çıxış edən Merkel, 3.5 milyondan çox suriyalı qaçqına sığınacaq verən Türkiyəyə, onların Avropadan uzaq tutulması şərti ilə maddi yardım edəcəyinə işarət edib. Belə ki, məsələ ilə bağlı danışan Merkel, “Məsələn, mən buna hazıram” sözlərini deyib. 
Lalə Cəfərova
 

DİGƏR XƏBƏRLƏR

Top