BDU-nun yataqxanasında zəhərlənərək ölən tələbə qızın kimliyi bilindi - YENİLƏNİB

Zəhərlənən digər iki tələbənin kimliyi məlum olub. Onlar – 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır.

Onların vəziyyəti ağır qiymətləndirilir.

APA-nın Kliniki Tibbi Mərkəzdə olan əməkdaşının verdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayev də xəstəxanaya gəlib.

***14:52
Ölən tələbənin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin  2 № li yataqxanasında zəhərlənərək ölən tələbəninin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib.

***14:33
Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib. 

Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: “Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik”.

***14:15
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.
Baş toksikoloq Azər Maqsudov açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil". 

DİGƏR XƏBƏRLƏR

Top