İran Rusiyadan borc pul alacaq


İranın energetika naziri Rza Ərdəkanyan Rusiyadan 5 milyard dollar borc alacaqlarını bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, nazir İran mediasına verdiyi açıqlamada sabah Moskvaya gedəcəyini və rusiyalı həmkarı Aleksandr Novak ilə İran parlamentinin fevral ayında təsdiqlədiyi kreditin istifadəsi ilə bağlı görüşəcəyini deyib.
Qeyd edək ki, R.Ərdəkanyan Moskovadan alınan kreditin İranda 1400 meqavoltluq elektrik stansiyası və dəmir yolları xəttinin bərpasında istifadə edəcəklərini açıqlayıb.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top