Qətldə şübhəli bilinənlər azadlığa buraxıldı: Etiraz edən qohumları icra başçısı və prokuror qəbul etdi - VİDEO


İmişli şəhərində bir qrup adam etiraz aksiyası keçirib.
Yeniavaz.com avropa.info saytına istinadən xəbər verir ki, etirazın səbəbi bu il aprel ayında İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin iştirakçıları olmaqda şübhəli bilinən şəxslərdən ikisinin azadlığa buraxılması olub. 

Qətldə əli olan şəxslərin azadlığa buraxılmasına etiraz edən rayon sakinləri zərərçəkmişin evi qarşısında Pənah Həsənov keçəsində yığışıblar. Burada etiraz edən rayon sakinləri daha sonra rayon icra hakimiyyətinə doğru gediblər. 

Əldə etdiyimiz son məlumata görə, sakinlər İmişli rayon icra başçısı və rayon prokuroru tərəfindən qəbul edilib. Sakinləri qəbul edən İmişli rayon başçısı Vilyam Hacıyev sakinlərə söz verib ki, qətlə iştirakı olan bu iki şəxsin yenidən həbs olunması üçün Baş Prokurorluğa müraciət edəcək. 

DİGƏR XƏBƏRLƏR

Top