Tramp mətbuata qəzəbləndi: "Bizdə korrupsiyalı mətbuat var"


ABŞ Prezidenti Donald Trampın noyabrın 16-da “Valter Reed” adlı Milli Hərbi Tibb Mərkəzinə müayinəyə getməsi səhhətinin pis olması ilə bağlı iddialara səbəb olub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp qəfil xəstəxana ziyarətindən sonra yaranan qarışıqlıqda medianı günahlandırıb: “Bu insanlar xəstədir. Bu ölkədə mətbuat həqiqətən təhlükəlidir. Bizdə korrupsiyalı mətbuat var. Ümid edirəm ki, davranışlarını düzəldəcəklər, çünki getdikləri yol çox təhlükəlidir".
Xəbərdən həyat yoldaşının və işçilərinin narahat olduğunu ifadə edən D.Tramp sağlamlıq müayinəsindən keçdikdən sonra evə qayıtdığını qeyd edib.
D.Trampın həkimi Sin Konley açıqlamasında bu ziyarətin əvvəlcədən planlaşdırılan bir müayinə olduğunu, ancaq cədvəldəki qeyri-müəyyənlik səbəbiylə həftəlik cədvələ daxil edilmədiyini bildirib.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top