Zelenski Rusiya tərəfini gəmilərin avadanlıqlarını götürməkdə ittiham etdi


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən qaytarılan Ukrayna gəmilərində müəyyən avadanlıqların yoxa çıxdığını bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Ukrinform.ua” məlumat yayıb.
Məlumata görə, V.Zelenski Rusiya tərəfindən qaytarılan 3 Ukrayna gəmilərinin vəziyyətini təhlil edəcəyini və bütün yoxa çıxan avadanlıqların geri qaytarılması üçün Rusiyaya müraciət edəcəyini bildirib: “Gəmliərdə silahlarla yanaşı bir sıra avadanlıqlar yoxdur. Yenidən gəmilərin vəziyyəti təhlil ediləcək və yoxa çıxan hər şeyin geri qaytarılması üçün Rusiya Federasiyasına müraciət ediləcək”.
Prezident eyni zamanda gəmilərin 3 ay təmir olunduqdan sonra istifadəyə veriləcəyini bildirib.
Qeyd edək ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko da daha öncə Rusiya tərəfinin gəmilərin daxilini hissələrə ayırdığını, elektrik yuvalarını və unitazları çıxardıqlarını qeyd etmişdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top