Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyənin məşhur moda ustası Barbaros Şansala bahalı saat hədiyyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “facebook”da “HamamTimes” səhifəsində paylaşılan videoda yer alıb.
Həmin videoda məşhur müğənni Alişan verilişə dəvət etdiyi B. Şansala satının çox gözəl və bahalı olduğunu bildirib. B. Şansal isə həmin satın Azərbaycanın xarici işlər naziri tərəfindən hədiyyə edildiyini deyib.