Van Damm Azərbaycana təşəkkür etdi - FOTO


Amerikalı ulduz aktyor Jan Klod Van Damm "Facebook" səhifəsində Azərbaycanla bağlı paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, o, Qəbələdə heykəlinin ucaldılmasına görə öz minnətdarlığını bildirib.
 "#Azerbaijan" həştəqi ilə edilən paylaşımda Van Damm fikirlərini bu cür ifadə edib: ““Azərbaycandakı Vəndam adlı bir kənddə ucaldılmış daha böyük ölçülü Jan-Klod Van Damm heykəli! Müəllif heykəltəraş Azad Əliyev. Təşəkkür edirəm”.
Qeyd edək ki, Qəbələ rayonunun Vəndam kəndində heykəltəraş Azad Əliyevin müəllifi olduğu Jan Klod Van Damm abidəsi qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top