Rusiya İstintaq Komitəsinin (TFR) əməkdaşı Sergey Tkaçev həyat yoldaşını girov götürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Baza” nəşri məlumat yayıb. Məlumata görə, Federal Penitensiar Xidmətin Rostov şöbəsinin müdiri Müslüm Daxaev, polkovnik-leytenant Sergey Tkaçevi dövlət sirrlərini açmaqda ittiham edib. Axtarış üçün S.Tkaçevin mənzilinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Lakin, polkovnik-leytenant qapını açmayaraq həyat yoldaşını silahla girov götürüb. Sergey Tkaçevinin həyat yoldaşının səkkiz aylıq hamilə olduğu bildirilib. O, təcili-yardım çağırdıqdan sonra yenidən silahla həyat yoldaşını hədələyib. Daha sonra anidən ürəyi pisləşib və təslim olub.
İlahə Hüseynova