Meksikada müəmmalı cinayət - Tarladan 25 cəsəd tapıldı


Meksikanın Jalisko əyalətindəki bir tarlada 52 çantanın içərisindən 25 cəsəd aşkar olunub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Jalisko əyalət məhkəməsi məlumat yayıb. Məlumatda, əyalətin yaxınlığında yerləşən tarlada 25 cəsədin tapıldığı , onlardan 6-nın ailələrinə təhvil verildiyi  və araşdırmaların davam etdirildiyi deyilir.
Məlumata görə, narkotikdən istifadəyə görə ölkənin ən birinci əyaləti hesab edilən Jaliskoda oxşar hadisələr tez-tez yaşanır.
Qeyd edək ki, əhalisinin sayı 120 milyon olan Meksikada narkotik qrupları ilə əlaqəli 2017- ci ildə 32 min, 2018- ildə 35 min,  bu il isə 26 min nəfərin ölümü ilə nəticələnən  cinayət törədilib.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top