Sabiq Almaniya prezidentinin oğlu öldürüldü

 
Almaniyanın sabiq prezidentlərindən Riçard von Veizsasqerin oğlu Fritz von Veizsasqer paytaxt Berlində öldürüldü.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Fritz işlədiyi xəstəxanada seminar verərkən bıçaqlanıb. Yerindəcə müdaxiləyə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Onu xilas etməyə çalışan təhlükəsizlik əməkdaşı da hadisə zamanı yaralanıb.
59 yaşlı Fritz “Schlosspark” xəstəxanasında şöbə müdiri vəzifəsinində çalışırdı.
Qeyd edək ki, Fritz, 1984-1994-cü illərdə Almaniyaya rəhbərlik etmiş, ölkənin altıncı prezidenti Riçard von Veizsasqerin 4 övladından biri idi. 2015-ci ildə dünyasını dəyişən Riçard von Veizsasqer, həm də məşhur “Berlin Divarı” ilə ayrılmış şərqi və qərbi Almaniya birləşdikdən sonra seçilən ilk prezident idi.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top