Avtobus sürücüsü uşaqları qəddarcasına döydü - VİDEO


Türkiyədə avtobus sürücüsü təkərli konki sürən 3 uşağa hücum edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya şəhərində avtobus sürücüsü təkərli konki sürən uşaqlara hücum edib. Uşaqlar yolu keçərkən avtobusdan tutduqları üçün əsəbiləşən sürücü avtobusu saxlayaraq onların gəlməsini gözləyib. Daha sonra onların üzərinə hücum edərək bir uşağa ağır zərbələr vurmağa başlayıb. Baş verən hadisə ətrafdakı insanların qəzəbinə səbəb olub. Nəticədə onlar da sürücünün bu qəddar hərəkətinə reaksiya verərək onu döyüblər.
Qeyd edək ki, hadisə, həmin ərazidə yerləşən bir obyektin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top