İranda hökumət etirazçılara qarşı tankdan istifadə edir? – VİDEO


İranda benzinin qiymətinin artması ilə əlaqədar baş verən etiraz aksiyaları davam edir.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə etirazların qarşısını almaq üçün İran hökumətinin tanklardan istifadə etməsi ilə bağlı görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, İran İslam Respublikasında noyabr ayının 15-də benzin qiymətlərinin 3 dəfə artırılması xalqı hiddətləndirib və nəticədə kütləvi etiraz aksiyaları başlayıb. Günü-gündən şiddətlənən etiraz aksiyaları zamanı indiyə qədər 5 polisin öldürüldüyü, 1000-dən artıq iştirakçının isə saxlanıldığı bildirilir. İran hökuməti isə ölkə ərazisində interneti məhdudlaşdırıb və benzindən əldə olunan əlavə gəlirin xalqa geri qaytarılacağı ilə bağlı vəd verib.

DİGƏR XƏBƏRLƏR

Top