Bir qrup şəxs əqli geriliyi olan xəstəyə belə işgəncə verdi - VİDEO


İspaniyanın Las-Palmas şəhərində çəkilən videogörüntü insanları heyrətə salıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı Pedrito adlı şəxs bir qrup gənc tərəfindən şiddətə məruz qalıb. Gənclər onun əllərini arxadan bağlayaraq üzünə zərbə vurublar. Zərbənin təsirindən yıxılan Pedrito başını betona vurub. Gənclərdən birinin telefonla çəkdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Onların etdiyi hərəkət birmənalı qarşılanmayıb. Bunun ardından isə polislər həmin gəncləri axtarmağa başlayıblar.
Qeyd edək ki, zərərçəkən əqli inkişafdan geri qalan şəxs olub.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top