Məşhur stilist Ərdoğanı təhqir etdiyi üçün 5 il həbs oluna bilər - FOTO


Türkiyəli məşhur stilist Barbaros Şansal ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında sosial şəbəkələrdə yazdığı təhqirəramiz ifadələrə görə məhkəməyə verilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, dövlət ittihamçısı Türkiyə Cümhuriyyətinin prezidentini təhqir etdiyi üçün stilistə 5 il həbs verilməsini tələb edib. İttiham aktına əsasən B. Şansal “dəfələrlə prezidenti təhqiretmə” ilə mühakimə olunacaq.
Qeyd edək ki, B. Şansal haqqında şikayəti, onun belə paylaşımlarını görən sadə vətəndaşlar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top