80 yaşlı qadın ərini odunla döyüb bıçaqladı - VİDEO


Türkiyədə yaşlı ər-arvad arasındakı mübahisə qanla bitib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə 80 yaşlı qadın özündən 17 yaş kiçik əri ilə ona yaxşı münasibət bəsləmədiyi üçün mübahisə edib. Qısa vaxtda şiddətlənən mübahisə nəticəsində yaşlı qadın ərini odunla döyməyə başlayıb. Daha sonra mətbəxdən götürdüyü bıçaqla yaşlı kişini yaralayıb. Hadisəni görən qonşular təcili yardım və polisə zəng ediblər. Xəstəxanaya çatdırılan yaşlı adamın səhhətinin yaxşı olduğu bildirilib. Polis tərəfindən həbs edilən qadın isə ərinin ondan şikayətçi olmadığı səbəbilə azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top