Çavuşoğlu: ABŞ və Rusiya öhdəliklərini yerinə yetirmir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb.

Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

“ABŞ və Rusiya Ankara ilə əldə olunmuş razılaşmalar çərçivəsində lazımi addımları atmayıblar. Əgər ərazi kürd silahlı qruplaşmalarından təmizlənməzsə, o zaman “Barış bulağı” əməliyyatı yenidən davam etdiriləcək”, - M.Çavuşoğlu belə deyib.

Onun sözlərinə görə, Ankara “təxirə salınmadan terror təhlükəsindən qurtulmalıdır”.//APA

DİGƏR XƏBƏRLƏR

Top