Dünyaya düşərsə fəlakət olacaq - NASA-dan XƏBƏRDARLIQ


NASA dünyaya düşəcəyi ehtimal olunan səma cismi ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, NASA-dan verilən məlumata görə, "JF1" adlı səma cisiminin 6 may 2022 tarixində dünyaya ən yaxın məsafədə olacağı bildirilir. Sözügedən səma cisminin yer kürəsinə düşməsi nəticəsində 230 kilotonluq nüvə enerjisinə bərabər partlayış olacağı ehtimal olunur.
Qeyd edək ki, əgər "JF1" öz istiqamətini dəyişməsə Hiroşimaya atılan atom bombasının 15 qatına bərabər fəlakət baş verəcək. Nəticədə bir şəhərin tamamilə yox olacağı, milyonlarla insanın isə həyatını itirəcəyi ehtimal edilir.

Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top