Tbilisidə aksiyalar zamanı saxlanılanların sayı 37-yə çatıb - YENİLƏNİB

Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasının dağıdılması zamanı saxlanılanların sayı 37 nəfərə çatıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyanın dağıdılması zamanı 6 nəfərin də xəsarət aldığı bildirilib. Onlardan ikisi polisdir.//APA

19.03

Xüsusi təyinatlı dəstə Tbilisidə parlament binasının ətrafından aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Gürcüstanın "Rustavi-2" telekanalının yaydığı xəbərdə bildirilir ki, xüsusi təyinatlılar etirazçı kütlənin içinə bir neçə dəfə qaz buraxıblar. Aksiyanın dağıdılmasında, əsasən, su şırnaqlarından istifadə olunur.

Ayrı-ayrı yerlərdə mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.  

Xüsusi təyinatlılar artıq nümayişçiləri parlament binasının ehtiyat girişindən sıxışdıra biliblər.  

Aksiyanın dağıdılması davam edir. Nümayişçilər müqavimət göstərirlər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirmiş və etirazçıları parlamentin işinə mane olmamağa çağırmışdı. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilmişdi.



DİGƏR XƏBƏRLƏR

Top