Azərbaycanda tikinti şirkətindən oğurluq edilib.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, “Natura” MMC-nin Anar adlı əməkdaşı şirkətdən xeyli miqdarda oğurluq edib.
Belə ki, o, çalışdığı şirkətdən tikinti materialı oğurlayıb.
Daha sonra şirkət rəhbərliyi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Polis əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində “Natura” MMC-yə vurulan maddi ziyan ödənilib.