Fərda Xudaverdiyev və Cem Yılmaz birlikdə RƏQS ETDİLƏR - VİDEO


Xəbər verdiyimiz kimi, Türkiyənin stəndap ulduzu Cem Yılmaz noyabrın 16-da Bakıda "StandUp Show" göstərib.
Yeniavaz.com
xəbər verir ki, bu gün isə o, azərbaycanlı stəndapçı Fərda Xudaverdiyevlə görüşüb. Fərda və Cem birlikdə Azərbaycan mahnısını oynayıblar. Bununla bağlı videonu, Fərda “İnstagram” hesabında paylaşaraq, “Cem Yılmazla “Azərbaycan rəqsləri” dərsimizin ilk günü. Hələ üstəlik, içdən bir etiraf edib”, - sözlərini yazıb.
Qeyd edək ki, Cem Yılmaz "StandUp Show"dan sonra bir sıra tannmış sənətçilərlə görüşüb və Birinci Fəxri Xiyabana gələrək Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top