Qadını əvvəlcə motosiklet, sonra avtomobil vurdu – ANBAAN VİDEO


Türkiyədə yolu keçmək istəyən yaşlı qadını əvvəlcə motosiklet sonra avtomobil vurub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində baş verən yol qəzasında 66 yaşlı Nazik Daban faciəvi şəkildə həyatını itirib. Hadisə anbaan digər bir motosiklet sürücüsünün qoruyucu şlemində olan kameraya düşüb. Videoda yolu keçməyə çalışan qadını əvvəlcə motosiklet vurub. Daha sonra zərbənin təsirindən qadın bir neçə metr sürüklənərək  avtomobilin altına düşüb. Qadın qəza yerində keçinib, yaralı motosiklet sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, polis qadını vuran avtomobil sürücüsünün axtarışlarına başlayıb.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top