Dünya yeni təhlükə qarşısında: Superbakteriyalar yayılır


Mutasiya olan və antibiotikə davamlı superbakteriyalar hər gün minlərlə insana yoluxur və bu bakteriyaları məhv etmək üçün hələ yeni dərman tapılmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə araşdırma dünyanın nüfuzlu nəşrlərindən olan "The Washington Post" qəzetində yer alıb.
Məqalədə bildirilir ki, superbakteriyalara uzun müddət antibiotik qəbul edən insanlar daha çox yoluxur.
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin hesabatında deyilir ki, bu ölkədə hər il 3 milyon amerikalı superbakteriyalara yoluxur və 35 min insanın ölümünə səbəb olur.
Qeyd olunur ki, hər 11 saniyədə bir nəfər superbakteriya ilə yoluxur və hər 15 dəqiqədə superbakteriya bir insanın həyatını alır.
Məlumatda bildirilir ki, bu superbakteriyalara heç bir antibiotik təsir etmir. Elm adamlarının bütün cəhdlərinə baxmayaraq hələ də yeni bir antibiotik yaratmaq mümkün olmayıb.
Mütəxəssislər belə hesab edirlər ki, indiki halda superbakteriyalara yoluxmamaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün ən əsas məsələ gigiyena qaydalarına əməl etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top