Rusiyanın məşhur aktyoru qızına işgəncə verdi - VİDEO


Rusiyalı aktyor Aleksey Panin qızına işgəncə verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisəylə bağlı video sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, video 42 yaşlı A.Paninin evində çəkilib. Belə ki, o, evi dağıtdığı üçün qızını mətbəxə apararaq əllərini istilik sistemi borusuna bağlayıb və “Nənən gəlib əllərini açacaq”, sözlərini deyib.
Qeyd edək ki, aktyorun qızına verdiyi işgəncə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər onun atalıq hüququndan məhrum edilməli olduğunu bildiriblər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top