İtaliyada fövqəladə vəziyyət - 11 bölgədə suyun səviyyəsi İNANILMAZ HƏDDƏ çatdı


İtaliyanın şimal və cənubunda yağan güclü yağış və küləkli hava şəraiti təhlükəli vəziyyət yaradıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İtaliyanın 11 bölgəsində həyəcan vəziyyəti yaranıb.
Venesiya meri və Fövqəladə Hallar Komitəsinin sədri Luiqi Bruqnar, “Twitter” hesabında məsələ ilə bağlı açıqlama verərək, suyun günorta saatlarında 1,5 metrə qədər yüksəldiyini və sonra endiyini söyləyib və venesiyalılara, normal vəziyyətə qayıtmaq üçün hərəkətə keçməyin lazım olduğunu bildirib.
Qeyd edək ki, Florensiya şəhərindən keçən Arno çayında suyun axını 3.5 metr artaraq təhlükəli həddə çatıb.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top