“Adanalı”, “Sakarya Fırat”, “Deli Yürek”, “Kurtlar Vadisi” və “Eşkiya Dünyaya Hükümdar Olmaz” seriallarında yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalan Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca "A Haber"ə müsahibəsində maraqlı açıqlamalar verib.
Yeniavaz.com xəbər verir ki, qondarma “erməni soyqırımı” məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə dəsətk olan O. Kaynarca deyib: “Bu mövzuda Ermənistan tərəfindən arxivlərin açılmamasını dünyaya çatdırmalıyıq. Həmin dövrə aid, kinolar, seriallar çəkərək dünyanı daha düzgün informasiyalarla məlumatlandırmalıyıq”.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T Ərdoğan qondarma “erməni soyqırmı” haqqında fikirlər səsləndirərkən, Ermənistan hökumətinə “biz bu mövzuda arxivlərimizi açdıq, siz də açın“ demişdi.