İmamoğlu həyat yoldaşını tənqid edənlərə cavab verdi


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlununun Cümhuriyyət bayramı münasibətilə Sultanahmet Meydanında keçirilən bayram tədbirinə sinə dekolteli paltarla qatılması birmənalı qarşılanmayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istiadən xəbər verir ki, D.İmamoğluna qarşı, əsl “cümhuriyyət qadını” ilə yanaşı, dekolteli geyimin bələdiyyə sədrinin həyat yoldaşına yaraşmadığını deyənlər də olub. 
Ə.İmamoğlu isə geyiminə görə xanımını tənqid edənlərə cavab verib:
“Yoldaşım cümhuriyyət qadını olaraq həyatını yaşayır. Mən də bir cümhuriyyət kişisiyəm. Bununla da qürur duyuruq. Gizlətmirik, çəkinmirik. Hətta, mən “Cümhuriyyətin layihəsiyəm!”. Anadoluda əkinçilik edən də, mənim həyat yoldaşım da cümhuriyyət qadınıdır. Geyimə görə, cümhuriyyət qadınını seçmirlər. Belə düşüncədə olan cəmiyyət mütləq dəyişməlidir”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top