Nazirlik: "İl ərzində 100 gəncin xaricdə doktorantura təhsili dövlət tərəfindən maliyyələşdiriləcək"

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə qəbul olunan tələbələrin bütün ödənişləri dövlət tərəfindən ödəniləcək".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında çıxış edən Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

Onun sözlərinə görə, bu proqramın maliyyə hissəsi əvvəlki Dövlət Proqramında olduğu kimi, yenə də Dövlət Neft Fondu tərəfindən ödəniləcək: "Müraciət edən tələbə qəbul sənədini aldıqdan sonra onun bütün maliyyə xərci dövlət tərəfindən ödəniləcək. Bura qeydiyyat, gediş-gəliş xərci, təhsil haqqı, yaşayış xərci və s. daxildir. Ancaq həmin şəxsin ailə üzvləri də onunla birgə gedərsə, onların ödənişi edilməyəcək".

N.Məmmədli viza məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu tələbələr üçün Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək məktubları verilir.

DİGƏR XƏBƏRLƏR

Top