Miri Yusif Bakıda ona söz atan Cem Yılmaza belə cavab verdi - FOTO


Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla görüşüb.

Yeniavaz.com xəbər evrir ki, o, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib.

O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl konsert, gözəl sənətkar”. 

Qeyd edək ki, aktyor yerli KİV nümayəndələri ilə görüşü zamanı, “bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” deyə bildirmişdi. Onun bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top