Türkiyədə avtobusla avtomobil toqquşub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Muğla şəhərində sərnişin avtobusunun avtomobillə toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan 3-ü azyaşlı olub. Hadisə yerinə gələn təcili yardım komandası ilkin müdaxilələrdən sonra yaralıları Fethiyə xəstəxanasına aparıb.
Qeyd edək ki, hadisənin anbaan görüntüləri avtobusun təhlükəsizlik kamerasına düşüb.
Firəngiz Quliyeva