Hillari Klintonun olduğu təyyarə tüstülənib


ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun olduğu təyyarə nasazlığa görə Nyu-Yorka qayıtmağa məcbur olub.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Belə ki, Amerika hava limanına aid təyyarə Nyu-Yorkdan Vaşinqtona uçuş həyata keçirib. Lakin təyyarədə tüstülənmə müşahidə olunduğundan və detallardan birinin itirilməsi ucbatından təyyarə Nyu-Yorka qayıtmağa məcbur olub.
Pilotların dediyinə görə, hava limanının terminalından bir neçə metr aralıda təyyarə silkələnməyə başlayıb və bu barədə dərhal dispetçerlərə məlumat veriblər. 
Qeyd olunur ki, H.Klinton nümayəndələri təyyarənin təcili enişi barədə məlumatı şərh etməkdən imtina ediblər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top