Yasamalda avtomobil qadını vuraraq ağır xəsarət yetirib


Bakının Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili rayon ərazisində yolu keçmək istəyən orta yaşlı Ayşən Quliyevanı vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, qolun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top