Bakı-Quba yolunda baş vermiş qəzada yaralananlardan 2-si ölüb - FOTO - YENİLƏNİB

Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.

Rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ölüb.

Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.//APA


22.07
Bu gün axşam saatlarında Bakı-quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.  

Hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.  

"KamAZ" markalı yük maşını ilə "Vaz 21010" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.//APA

DİGƏR XƏBƏRLƏR

Top