Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ


Bakının Nərimanov ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışını müsbət dəyərləndirən Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimov bəzi giley-güzarını da ifadə edib. Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, A.Kərimov haqqı olan keçmiş döyüşçülərin mərasimə çağırılmamısına özünəməxsus şəkilkdə etiraz edib.

Azay Kərimov Albertin döyüş yoldaşlarının yad edilməmsinə etrirazını bu cür bildirib: “Allah rəhmət eləsin! Amma ədaləstsizlikdi. Mənə deyin görum, abidənin açılışına yığılanların hansı biri Alberti tanıyıb, kim onunla döyüşdə olub ki, indi pafosla selfi cəkdirib sosial şəbəkədə paylaşırlar?
Kim onun yerişini, gülüşünü, manevr hərəkətlərini görüb? Bəlkə Kərim Vəliyev olub? Bəlkə Abdulla Qurbani olub? Hanı general Rövşən Əkbərov? Hanı polkovnik Elçin Məmmədov?
Hanı Albertin tank komandiri Xəqani Məmmədov? Hanı onun və digər döyüşçülərin radiostansiyasını təmir edən, nizamlayan, idarə edən polkovnik Şamil Hadıyev?
Hanı onun ən yaxın dostu - “BMP-2”nin tuşlayıcısı Xəlil? Hanı polkovnik Rövşən Hüseynov, hanı  “Azərbaycan bayrağı” ordenli polkovnik Ələmdar Süleymanov, hanı tank və avtomobil xidməti  rəisi olmuş polkovnik Nazim Divanov? Hanı Ceyhun, Salman ki, dəxlisiz adamları yığmısız açılış mərasiminə?

A kişilər, Alberti öyrədən, çalışdıran, danlayan, həvəsləndirən, tankını təmir edən, yağlatdıran və nəhayət onu qəhrəman edən bax yuxarıda sadaladığım zabitlər və əsgərlər olublar.

Bəs hanı onlar?

Albert anadan qəhrəman doğulmayıb. Şəxsən mən həmin gün - 8 may saat 10.23 radələrində ona Qalanın dalından “BTR”in R-123 rabitəsi ilə erməni tankının ona tərəf hansı istiqamətdən gəldiyini xəbər verib, ayıq salmışam,  gözləməsini və hazırlaşmasını nizamlamasaydım, 100 faiz Albert erməni tankını yox, əksinə, erməni tankı Albertin tankını vuracaqdı. Çünki düşmən tankını görmürdü. Heç özü də bilmirdi hara gedir. Erməni tankının araxasınca gələn 2 düşmən “BMP-2”si isə üstlərindən kecəcəydi”.

DİGƏR XƏBƏRLƏR

Top