Tbilisidə etirazçılar Gürcüstan parlamenti ətrafında barrikadalar qurublar


Tbilisidə etirazçılar Gürcüstan parlamenti ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar.

Barrikadalar qanunverici orqana aparan yollarda yerləşdirilib.

Aksiya iştirakçıları və müxalifət liderləri gecə ərzində parlament ətrafında qalacaqlarını bildiriblər. Etirazçılar dəmir çəlləklərdə ocaq qalayıblar.

Qanunverici orqanın giriş qapılarının birinin qarşısında böyük ölçüdə hərbi çadır qurulub. Bu, ərazidə qurulan ikinci böyük çadırdır. Birinci böyük çadır parlamentin qarşısında Rustaveli prospektində quraşdırılıb və aksiya təşkilatçılarının qərargahı kimi fəaliyyət göstərir.//Report

********************
22.30

Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasında 5500 nəfərə yaxın insan iştirak edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirlyində keçirilən brifinqdə bildirilib.

Nazirliyin Patrul Polisi Departamentinin rəhbəri Vaja Siradzenin sözlərinəg görə, aksiya zamanı saxlanılan olmayıb: “Kiçik qarşıdurmalar olsa da, aksiya dinc şəraitdə keçir”.

Parlamentin binası qarşısında etiraz aksiyası davam edir. Aksiya iştirakçıları əraziyə qumlarla dolu kisələr gətiriblər. Polis etirazçıların bu cəhdinin qarşısını almağa çalışıb və tərəflər arasında kiçik qarşıdurma baş verib. Daha sonra aksiyaçılara qum kisələrini parlament yaxınlığına daşımağa icazə verilib. Aksiya təşkilatçıları bildiriblər ki, kisələr çadırları möhkəmləndirmək üçün nəzərdə tutulub. 


20.09
Tbilisidə davam edən kütləvi etiraz aksiyasında parlament binasının bloklanmasına başlanılıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, parlamentin bütün darvazaları qıfıllanmaqla yanaşı, binaya giriş qapılarının qarşısında çadırlar qurulub.
Aksiyaçılar bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.
Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Gia Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir".
G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top