Bakıda qəza törədən sürücü hadisə yerindən qaçdı - VİDEO


Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Taleh Rüstəmovun idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində T.Rüstəmov və onun sərnişini olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. 
Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Polis hadisənin təfərrüatını araşdırır.

(report)

DİGƏR XƏBƏRLƏR

Top