Xaçmazdakı qəzada sürücü toqquşmadan əvvəl ürəktutmadan ölüb - TƏFƏRRÜAT


Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində baş verən hadisə zamanı "QAZ 24"ün sürücüsü, 1960-cı il təvəllüdlü Xaçmazın Gödəkli kənd sakini Mədətov İdayət Dübarə oğlu ölüb.
Məlum olub ki, "QAZ 24" markalı minik avtomobilinin sürücüsü qəzadan öncə ürəktutmadan ölüb və avtomobil idarəetmədən çıxaraq “Qazel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top