Hindistanda MiQ-29 təyyarəsi quş sürüsüylə toqquşub qəzaya uğradı - SİYAHI


Hindistanda Rusiya istehsalı olan MiQ-29K qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşaraq qəzaya uğrayıb.

Yeniavaz.com xəbər verir ki, bu ilin iyul ayının 24-də Azərbaycan Müdafiə Nazirliyinə məxsus Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi də təlim-məşq uçuşları zamanı quş sürüsü ilə toqquşaraq qəzaya düşüb. Qəza nəticəsində pilot Rəşad Atakişiyev həyatını itirib.
Maraqlıdır ki, bu il ərzində Rusiyaya məxsus bir-neçə təyyarə və helikopter də qəzaya düşüb.
Bu il ərzində Rusiyada qəzaya düşən təyyarə və helikopterlərdən bəziləri bunlar olub:
- 27 yanvar tarixində Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarə qəzaya uğrayıb. Bildilirdi ki, təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən təyyarə sərt eniş edib. Qəza nəticəsində qırıcı hissələrə parçalanıb, yanmağa başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
- 11 mart tarixində Bəhreyn şəhərindən Moskva şəhərinə uçan "Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakı aeroportuna qəza enişi edib.
- 5 may tarixində Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.
- 27 iyun tarixində Rusiyada "An-24" sərnişin təyyarəsi qəza enişi edib. Hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb. 
- 23 iyul tarixində Rusiyanın Adıgey Respublikasının Taxtamukay rayonunda "Mi-2" helikopteri qəzaya uğrayıb. Helikopterin pilotu yaralanıb və o xəstəxanaya yerləşdirilib.
- 30 avqust tarixində  Sankt-Peterburq-Xocalan (Tacikistan) marşrutu ilə uçan Ural Hava Yollarına məxsus təyyarə, Koltsovo Hava limanına (Yekaterinburq) təcili eniş edib. Məcburi enişin səbəbi təyyarənin quş sürüsü ilə toqquşması olub. 
- 15 avqust tarixində "Ural Hava Yolları"nın "A-321" təyyarəsi Moskva yaxınlığında qarğıdalı sahəsinə təcili eniş edib. Təyyarənin göyərtəsində 226 sərnişin olub və onlar heç bir xəsarət almayıb. Sərnişinlərdən bəziləri kiçik zədələr alıb.
- 1 sentyabr tarixində Rusiyanın Dolqopurdnıy şəhərində 2 yerlik özəl helikopter Klyazma çayına düşüb. Bildirilib ki, helikopter elektrik naqillərinə toxunduqdan sonra çaya düşüb və batıb. Hadisə yerində elektrik naqillərinin də tapıldığı deyilir.
- 3 sentyabr tarixində Rusiyanın Stavropol diyarında planlaşdırılan təlim uçuşu zamanı "Su-25UB" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində iki pilot  həlak olub.
- 4 sentyabr tarixində Rusiyaya məxsus "Mi-8" tipli hərbi helikopterhelikopter Saratov vilayətində qəzaya uğrayıb.
- 6 sentyabr tarixində Rusiyanın Lipetsk şəhərinin hava məkanında iki qırıcı-bombardmançı “Su-34” təyyarəsi toqquşub.

DİGƏR XƏBƏRLƏR

Top