Mingəçevirdə elmi metodik seminar keçirilib


Mingəçevirdə “Təhsildə İnovasiyaların tətbiqi və rəqəmsal bacarıqlar” mövzusunda elmi metodik seminar keçirilib.
Yeniavaz.com xəbər verir ki, M.Hüseynzadə adına 3 nömrəli orta məktəbdə baş tutan seminarda Bakı Slavyan Univeristetinin bir qrup professor və müəllim heyəti də iştirak edib.
Seminarın məqsədi şagirdlərdə univeristet haqqında məlumat yaratmaq, həmçinin ali təhsil ocağında tədris edilən ixtisaslar barədə ətraflı məlumat almağa kömək etmək, məktəb və unvieristetlər arasında sıx əlaqlələr yaratmaqla şagirdlərin həmin ali məktəblərin ixtisaslarına marağını artırmaqdı. BSU-nun Filologiya və Xarici dil müəllimliyi fakultəsinin dekanı Gültəkin Əliyeva isə şagirdlərə univeristet haqda geniş məlumat verib. Məktəblilərin ali təhsil ocağı haqqında suallarını cavablandırıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top