Sürətlə dünyaya yaxınlaşan astroid dünya ilə toqquşa bilər


Sürətlə dünyaya yaxınlaşan “99942 Apofis” adlı astroid dünya ilə toqquşa bilər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, NASA astroidin dünya ilə toqquşmadan 45000 km məsafədən yanından keçəcəyini bildirib. Bununla razılaşmayan araşdırmaçı alim Maykl Horn “99942 Apofis” astroidinin dünya ilə toqquşacağını deyərək  açıqlama verib: “Əgər astroidin istiqaməti dəyişdirilməzsə 13 aprel 2029-cu ildə  və ya 13 aprel 2036-cı ildə Şimal dənizi və Qara dəniz arasındakı bölgəyə düşəcək”.
Qeyd edək ki, NASA “99942 Apofis” astroidinin dünya ilə toqquşma ehtimalının zəif olduğunu açıqlasa da, həmin astroidi “Potansial təhlükəli göy cismi” kateqoriyasına əlavə edib.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top