Bütün günü telefonla oynayan gəncin bir gözü kor oldu


Çinin Şençjen şəhərində yaşayan bir şəxsin sol gözü telefondan həddindən artıq istifadə etdiyinə görə kor olub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bütün gecə telefonda oyun oynayan şəxs növbəti gün səhər telefonu əlinə alanda sol gözünün heçnə görmədiyini hiss edib. Müayinədən sonra, xəstənin yüksək qan təzyiqindən göz damarlarından birinin partladığı müəyyən olunub. Xəstəni əməliyyat edən həkimlər gözün bir ay sonra görə biləcəyini bildiriblər.
Qeyd edək ki, bu vəziyyət valsalva retinopatiya adlanır və fiziki yorğunluqdan yaranır.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top