Saxta CV hazırladı, yalanı ortaya çıxdı - FOTO


Vaşinqtonda yaşayan gənc qadının işə girmək üçün saxta CV hazırladığı məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda Xarici İşlər Nazirliyində katib müavini vəzifəsinə təyin edilən Mina Çanq rəsmi bioqrafiyasında özü haqqında yalan məlumat verib. Belə ki, gənc qadın öz tərcümeyi-halında həqiqi olmayan təhsil diplomlarının adlarını qeyd edərək “Harvard Business School”un məzunu olduğunu iddia edib.

Sözügedən qadının digər yalanı isə şəxsi “Youtube” hesabında əldə etdiyi uğurlara görə məşhur “TİME” jurnalının üz qabığında fotoşəkilinin yer almasıdır. Məsələ ilə bağlı, açıqlama verən “TIME” jurnalı iddianı təkzib edib.
Həmçinin, M.Çarqın “Linking The World” qeyri-hökumət təşkilatında icraçı direktor vəzifəsində çalışması iddiasının da yalan olduğu məlum olub.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top