Hava limanında iki təyyarənin qanadları bir-birinə ilişdi


Rusiyada iki təyyarənin qanadları bir-birinə ilişib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanında iki təyyarənin qanadları bir-birinə ilişib. Belə ki, hava limanına eniş edən təyyarə ilə uçuşa hazırlaşan təyyarənin qanadları bir-birinə işib. Hadisənin fərqinə varan pilot sayəsində sərnişinlərin və təyyarələrin zərər görməsinin qarşısı alınıb.
Məlumata görə, hər iki təyyarə kiçik zərərlər görüb. Uçuşa hazırlaşan təyyarənin sərnişinləri isə başqa təyyarəyə evakuasiya edilib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top