Elçin Əlibəyli bu sözləri deyib, televiziyadan getdi - VİDEO


Tanınmış aparıcı Elçin Əlibəyli Space TV ilə yollarını ayırıb. 

Bu barədə o, aparıcısı olduğu  “El bizim, sirr bizim” proqramında məlumat verib. E. Əlibəyli sonuncu dəfə efirə çıxdığını, televiziya ilə vidalaşdığını qeyd edib. 

O, sənətin, musiqinin və sənətkarlara verilən dəyərin hazırkı durumunu tənqid edən aparıcı, televiziyada sənətin aşağılandığını bildirib:

“Sənətimə, peşəmə dəyər verdiyim üçün “sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Və burada televiziya ilə vidalaşıram”.


(Qafqazinfo)

 

DİGƏR XƏBƏRLƏR

Top