Bakıda "Mitsubishi" beton plitəyə çırpıldı - Xanım sürücü öldü


Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, Suraxanıda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top