İŞİD-in əsas rəhbərlərindən biri həbs edildi - FOTO


İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri hesab edilən Əl Bara Şişani həbs edilib.  
Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı 2018-ci ildən Ukraynada yaşayan Əl Bara Şişani adlı Gürcüstan vətəndaşı həbs edilib. Onun İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri olduğu bildirilir. Şişaninin Ukraynaya getməmişdən əvvəl Türkiyədə olduğu vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top