Göygöldə ağır qəza: ölən və yaralananlar var


Göygöl rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb. 
Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb. Nəticədə bir qadın hadisə yerində ölüb.
Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top