Xarici ölkələrə satdığımız elektrik enerjisinin yeni qiyməti - 16 faiz fərq var


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 1 milyard 455 milyon 380,8 min kVt.saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu qədər elektrik enerjisinin dəyəri 62 milyon 947,47 dollar olub.
Xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri 4,3 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7,3 qəpik təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin dəyəri builkindən daha yüksək olub. Belək ki, ötən ilin ilk 10 ayında xaricə satılan 1 kVt.saatının gömrük dəyəri 4,7 sent və ya o zamankı məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 8 qəpik təşkil edib.
Rəqəmlərdən də göründüyü kimi, xaricə satılan elektrik enerjisinin dəyəri son bir ildə 16% aşağı düşüb.
Məlumat üçün onu da qeyd dək ki, hazırda 1 kVt.saat elektrik enerjisinin daxili bazardakı qiyməti aylıq istehlak 300 kVt.saatadək olduğu zaman 7 qəpik (4,1 sent), 300 kVt.saatdan artıq olduqda isə 11 qəpiyə (6,5 sent) bərabərdir.
Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top