Azərbaycan vətəndaşları ay ərzində ərzağa bu qədər pul xərcləyirlər - İnanılmaz MƏBLƏĞ


Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1% üstələyərək 31,1 milyard manata bərabər olub.
Yeniavaz.com açqlanan rəsmi statistikaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7% və 3,4% artıb.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.
Bir "paçka" siqaretin orta qiymətinin təxminən 2 manat (ayda 60 manat) olduğunu nəzərə almasaq belə, göstərilən məbləğ (159,1 manat) yalnız minimum istehlak səbətini ərzaqla doldurmağa bəs edir.
Məlumat üçün bildirək ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur. Yəni, bu həm də o deməkdir ki, insanlar göstərilən normadan daha az ərzaq qəbul edərlərsə sağlamlıqlarını qoruya bilməyəcəklər.
Ərzaq məhsullarının mövcud qiymətlərini nəzərə almaqla 159,1 manata nələrdən minimum miqdarda almaq mümkün olduğunu diqqətinizə çatdırırıq:
Məhsul Minimum
ərzaq miqdarı
Ödədiyimiz
vəsait
Ət və ət məhsulları (Kolbasa, sosiska və s.) 2,7 kq 40 manat
Çörək və çörək məhsulları
(Bulka, peçeniya və s.)
11,4 kq 18 manat
Kartof 4,5 kq 4,5 manat
Tərəvəz və bostan məhsululları 8,1 kq 10 manat
Meyvə və giləmeyvə 3,2 kq 6 manat
Süd və süd məhsulları
(Qatıq, pendir, qaymaq və s.)
18,6 kq 56 manat
Balıq və balıq məhsulları 0,7 kq 4 manat
Yumurta 13 kq 2 manat
Bitki yağı və marqarin 1 kq 3 manat
Kərə yağı 0,6 kq 10 manat
Şəkər və qənnadı məmulatları (Konfet, şirniyyatlar və s.) 1,4 kq 8 manat
CƏMİ   153,5 manat
 
 Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top